Həvəsləndirmə sisteminin tərtib və tətbiq edilməsi bir sıra ardıcıl mərhələdən ibarətdir:
1. Tərtib edilmiş balanslaşdırılmış göstəricilər sistemi əsasında müəssisənin heyəti üçün qiymətləndirmə vərəqləri yaradılır;
2. İşçi heyətinin motivasiyası, əmək haqqı ödənilməsi sistemi və qeyri-maddi həvəsləndirmə üsulları haqqında əsasnamələr tərtib edilir (onlarda düzəliş edilir);
3. Şirkətin işinin nəticələri haqqında əsasnamə tərtib edilir;
- idarəetmə uçotunun nəticələri üzrə (büdcə komitəsi);
- müəssisə üzrə reqlament və proseslərin yerinə yetirilməsi nəticələri üzrə (proses komitəsi).
4. Müəssisə üzrə həvəsləndirmə sistemində dəyişikliyin edilməsi haqqında əmr verilir;
5. Motivasiya sistemi sınaqdan keçirilir (qiymətləndirmə vərəqələri üzrə);
6а. Qiymətləndirmə vərəqələri və göstəricilərin yerinə yetirilməsi normativləri dəqiqləşdirilir və korrektə edilir (1 aydan sonra);
6b. Əmək haqqının hesablanması proseduru avtomatlaşdırılır (paralel olaraq);
7. Həvəsləndirmə sistemi işləməyə başlayır;
8. Hədəf, məqsəd və performans göstəricilərinin yerinə yetirilməsinin yekun nəticələri nəzərə alınaraq işçilərə ödənişlər olunur;
9. Göstəricilərin normativləri və hədəf dəyərləri (növbəti ay üçün) təkrar nəzərdən keçirilir;
10. Qiymətləndirmə göstəriciləri təkrar nəzərdən keçirilir (əlavə və ya istisna olunur) (rübdə 1 bir dəfə);
Düzgün həvəsləndirilən işçi heyəti şirkətin inkişafının əsasını təşkil edir!