BSC - Business Service Centre 1997-ci ildən sizinlə

Vəzifə öhdəlikləri

- Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;

- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;

- İstənilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması;

- Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;

- Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması;

- Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;

- Hüquqi şəxsin yenidən təşkilinin (ayrılma, bölünmə və s) qeydiyyatı;

- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi;

- Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyata alınması;

- Patentin alınması;

- Qiymətli kağızların buraxılmasının, yerləşdirilməsinin müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması;

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;

- Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;

- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;

- Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;

- İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA formalarının alınması;

- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq; 

- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;

- Korporativ hüquqi layihələrinin hazırlanmasına dair təkliflər vermək və prosesdə iştirak etmək;

- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;



Bacarıqlar

Baş hüquqşünas  aşağıdakıları bilməlidir:

- Mülki, mülki prosesual, cinayət, cinayət prosesual, əmək, maliyyə, miqrasiya, vergi, gömrük, inzibati hüquqları;

- Müəssisənin xidmət və maliyyə fəaliyyətini müəyyən edən qanunvericilik aktlarını;

- Təsərrüfat müqavilələrinin, ümumi müqavilələrin, beynəlxalq müqavilələrin, kollektiv müqavilələrin, tarif razılaşmalarının bağlanması və rəsmiləşdirilməsi qaydalarını;

- Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydalarını;

- Hesablama texnikası, rabitə və əlaqə vasitələrini;

- İşgüzar ünsiyyət etikasını;

- Kargüzarlığın təşkilinin əsaslarını;

- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın əleyhinə təhlükəsizlik qaydalarını;

- Daxili əmək intizamı qaydalarını;


Tələblər:

- Hüquq  üzrə ali təhsil;

- Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi; 

- Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə; 

- Yüksək idarəçilik qabiliyyəti


Şərtlər: 

- Tam iş günü, iş qrafiki I-VI günlər,

- Əmək haqqı 2000 -2500 +bonuslar. 

 

 Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini hr@bsc-group.az elektron ünvanına Subject/Mövzu hissəsində “ Baş hüquqşünas ” qeyd etməklə göndərmələri xahiş olunur. 





Elanın bitmə tarixi 2024-12-04
Staj 5+
Yaş həddi 25-55 yaş
Təhsil Ali təhsil
İş rejimi Ofisdə
E-mail hr@bsc-group.az
Cv yükləyin

Digər vakansiyalar

Mühasib - Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat və vergi uçotu hesabında (həmçinin uçot registrlərində) düzgün əks etdiril...
Aparıcı mühasib - Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini t...
İnsan Resursları üzrə aparıcı mütəxəssis - Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi v...
Çin dili üzrə tərcüməçi - Məlumatın dəqiq ötürülməsini təmin etmək və iki tərəf arasında mübadiləni asanlaşdırmaq üçün işgüzar danışıqlar, konfranslar və s. kimi tədbirlərdə Çin dil...
Inverter, PV, Electrical Technician OVERALL ROLE The Electrical Technicians in a PV power plant are responsible for the maintenance, repair, and troubleshooting of all electrical systems a...
Plant manager BSC GROUP is looking for a Plant manager for international project (MSTS, Energy Service) The Plant Manager will be responsible for all aspects of solar p...
Scada Engineer • Understanding of solar technology, monitoring systems, maintenance practices, and solar industry landscape. • Experience with solar monitoring DAS platfor...
Tracker, Robots, Mechacians Technicians OVERALL ROLE The Mechanical Technicians in a PV, are responsible for performing hands-on mechanical maintenance, repairs, and inspections to ensure the smoo...
Assistant Tecnician OVERALL ROLE The Helpers in a PV power plant play a supporting role in assisting the Electrical teams. The Helpers assist with basic tasks related to ma...
HV Technician OVERALL ROLE The Electrical Technicians in a PV power plant are responsible for the maintenance, repair, and troubleshooting of all HV/MV electrical sys...
Aparıcı hüquqşünas (Korporativ sahə üzrə) Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;  Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin ...
Zavod meneceri (Günəş Elektrik Stansiyası üzrə) Azərbaycan ərazisində yerləşən iri miqyaslı günəş elektrik stansiyasının istismar və texniki xidmətinə (O&M) rəhbərlik edəcək təcrübəli Zavod Meneceri axtarı...